Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

BİR İNTİHARÇININ MEKTUBU - HABİL YAŞAR

            Bir intiharçının məktubu
                   (Esse)
                 Habil Yaşar
 
Sizin xəyallarda özünüzün özünüzü aldatdığınız “cənnətinizi”, mənim “cəhənnəmdəki” göz yaşlarım təravətləndirəcək.
                           Habil Yaşar
   
   Oxuyun, amma, dərk eləyin, sonra gec olacaq...(Növbədə siz də ola bilərsiniz).
   Yüz faiz əminəm ki, bu məktubu oxuduğunuz təqdirdə məni cəhənnəmə göndərəcəksiniz (buna yalnız Tanrı qərar verir), amma əsl cəhənnəmdə sizlərin özü olduğunu unudacaqsınız.
   Bəli, mən intihar etdim. Amma, heç nə səbəbsiz olmur.

Əgər, biriləri intihar edirsə öncə intihar edəni yox, onu buna məcbur edən amilləri nəzərdən keçirmək lazımdır. Məni iradəsi zəif, psixoloji pozğunluqları olan biri kimi də xarakterizə edə bilərsiniz, amma hər nə edirsiniz edin, sonunda hər şey sizin üçün qaranlıq qalacaq, çunki, zülmətdə yaşayanlar heç zaman işığın nə olduğunu anlamayacaq qədər kordular. Siz burda məni mühakimə edir, sanki, Tanrı imiş kimi məni cəhənnəmin qır qazanında yanmağımımdan danışırsınız. Görünür sizin bu dünyada müzakirə ediləcək mühüm problemləriniz yoxdu. Birinin arxasınca heç zaman bilə bilməyəcəyiniz şeylərdən danışmaqdansa, real olan problemlərinizi nədən araşdırıb gün işığına çıxmırsınız. Bəli, mən intihar elədim, daha doğrusu məni sizlər buna sürüklədiniz, məcbur elədiniz. Bəli, mən günahkaram, amma bir şeyi əsla unutmayın: Biri intihar edirsə özü üçün günahkardır, onu buna sürüklüyən cəmiyyət isə toplum olaraq günahkardır. Bəli, siz günahkarsınız. Günahlarınızı nə ilə yuyacaqsınız? Namazlamı? Həccə getməkləmi? Oruc tutmaqlami? Nəzərinizə çatdırım ki, bütün bunlarla cənnətə gedəcəyinizi düşünürsünüzsə yanılırsınız, necə ki, əsrlərdir də yanılırsınız, dəyişməsəniz əbədi olaraq da yanılacaqsınız. Üzdə göstəriş üçün ibadətdənsə, yalnız Tanrının biləcəyi ünsiyyəti üstün tuturam. Ruhun ilə bağlı olduğunu cismin ilə nümayiş etdirmək Tanrı görülməzi görmür demək anlamına gəlmirmi?
 
 Ey mənə kafir damğası vurub, məni məndən və sizdən daha gözəl tanıyan Rəbbin mərhəmətinə şübhə edən sözdə imanlı, inanclı cənnətliklər. İnanmıram ki, sizin cənnətiniz mənim cəhənnəmimdən daha gözəl ola. Sizin xəyallarda özünüzün özünüzü aldatdığınız “cənnətinizi”, mənim “cəhənnəmdəki” göz yaşlarım təravətləndirəcək. O, zaman mənim haqlı olduğuma şahidlik edəcəksiniz. Saxta əməllərinizlə rəzilliyinizi örtə bilməyəcəksiniz.

  Sizin içinizdə Tanrının nifrəti gizlənir, xəbəriniz varmı? Kəsib ata bilməyəcəyinizə əmin ola bilərsiniz. Çünki, sizlər lənətə gəlmiş varlıqların öndə gələnlərindənsiniz.

  Tanrı sizə xoşbəxtliyi nağıllardakı kimi göydən zənbillə tullamayacaq, o ana kimi ki, siz özünüz özünüzü islah etməyi bacarmayacaqsınız və çox güman ki, belə davamiyyətlə də bacarmayacaqsınız.(Yalnız bir duam qalır:Tanrı sizləri islah etsin Amin).
 
 Bəli, mən yaşamaq istərdim, amma ölülər içində nəfəs almağın nə anlamı.
  
Bəli, mən intihar edib, cismən sizlərin arasından müvəqqəti olsa da uzaqlaşdım. Mənim intiharım, sizin düşünməyiniz üçündür. Əgər düşünə biləcəyiniz qəlbiniz varsa, bir an öncə gecikməyin, düşünün. Düşünün ki, donmuş vicdanınıza həyat verə biləsiniz. Birini intihara sürükləyən cəmiyyətin özünü mühakimə etməsi gərəkmirmi?( Dünən o, bu gün mən, sabah başqası, bir gün səni də gözləyə bilər bu intihar).
  
Gedirəm, gözlərim arxada qalmayacaq qədər rahat gedirəm, çünki, mən O na gedirəm, alnı açıq, üzü ağ.
 
      Habil Yaşar  13.06.2017    01/45

SON EKLENENLER

Üye Girişi