Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

FAYTONDAKI ADAM - MİRZƏ HACIYEV

( roman )
( anamın əziz xatirəsinə ithaf edirəm)

*

---Ehe-he-heeeey!.. Haradasınız?!!
Kolluqlarda moruq axtara-axtara çayyuxarı qalxan qız dostlarından nə qədər uzaq düşdüyünün fərqinə varmamışdı, bir də baxmışdı ki, dağın ətəyində tək-tənha qalıb.
---- Auuuu!!!
Kimsə səsinə səs vermədi. Bir də bağırdı. Yenə səs gəlmədi.
Gün əyilmək üzrəydi. Canını qorxu sardı. Geri dönmək lazım idi... Amma yox. Hələ axşama çox vardı. Bir az da yuxarı qalxdı...
Aaaa, moruqlara baaax!
---- Ehe–he-heeeey, uşaqlaaar, burda bir aləm moruq vaaar!.. Auuuu!.. Bura gəliiiin! Buraaa!.. Auuuu!!!
Ömründə ilk dəfəydi belə moruq bolluğuna düşmüşdü. Hər yan qıpqırmızı idi. Əlindəki iri səbəti yerə qoyub tələsə-tələsə moruqları yığmağa başladı.
Artıq səbəti yarılamışdı. Kolluqların sıx yerindəki moruqlar daha iri idi, amma ora necə girsin iynə kimi tikanların əlindən? Yerdən uzun bir budaq götürdü, kolları sağa-sola əyərək özünə yol açmağa başladı... Bir az da... Aha... Bir az da... Budağı bir də qaldırıb zərblə kolluğa çırpanda dəhşətdən yerindəcə donub qaldı; kolluğun arasında adam kimi bardaş qurub oturan yekə qara bir ayı moruqları bir-bir dərib ağzına ataraq şappaşapla yeyirdi. Budaq zərblə heyvanın əlinə dəymişdi deyə heybətli səs çıxararaq ayağa qalxdı. Qorxudan saralmış qız qışqırmaq istədi, amma ağzını açsa da səsi çıxmadı, əllərilə başını tutaraq cığırla üzüaşağı qaçmağa başladı. Ayı da bağıra-bağıra bunun ardınca.
Qız çaşdığından çayın kənarını qoyub meşənin içərilərinə tərəf döndü.Tez-tez arxasına baxa-baxa dar cığırla ürkmüş ceyran kimi qaçır, qaçırdı. Ayı lap yaxınlaşmışdı, iri caynaqlı əllərini uzadıb az qala onu tutacaqdı ki, irəlidə sıx ağacların arasında qapısı açıq kiçik bir daxma göründü. Qız özünü o qapıdan necə içəri atdısa özü də bilmədi, qapını bircə anlıq gec bağlasaydı ayı onu paramparça edəcəkdi. Cəld qapının rəzəsini çəkib bağladı. Yerdə iri kötük vardı, güc-bəla ilə itələyib onu da qapının arxasına qoydu. Qorxudan az qala ürəyi yerindən qopacaqdı.
Ayı bağıra-bağıra iti caynaqlarıyla taxta qapını cırm-cırım etmək istəyirdi; çürüməkdə olan taxtalar onun zərbələrinə davam gətirəcəkdimi? Budur, artıq cəftələr yerindən oynayırdı.Yox, yox, az sonra ayı içəridə olacaqdı... İçəridə... Mütləq... Pəncərə də yoxdu ki, oradan atılıb qaçsın. Az sonra hər şey bitəcəkdi! Hər şey!.. Aman Allahım!..
Artıq hər şeydən əlini üzmüş qız keyimş kimi yavaş-yavaş arxaya çəkilib divara yapışdı. Köməyinə artıq Allahdan başqa kimsə çatmazdı. Dodaqlarını tərpətməyə gücü olmasa da beynində tez-tez kəlmeyi şəhadətini təkrarlamağa başladı.
Uzaqlardan, çox uzaqlardan at kişnərtisi eşidildi. Azca sonra qulaqlarına at ayaqlarının və fayton təkərlərinin səsi də gəldi...
Qəlbində kiçicik bir ümid işığı közərdi...Hə, hə, elədir, faytondur. Bura yaxınlaşır... İlahi! Kaş ki bura gələydi!.. Məni eşit, Allahım! Yalvarıram!..

 

DEVAMI İÇİN TIKLAYINIZ ....