Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
 

DOSTUM TANRI - HABİL YAŞAR

Tanrı içimdəki səsi dinləyə bilirsənsə eşit dualarımı, çin elə arzularımı. Ruhumu sənə verirəm usandırma həyat eşqimi.

Tanrı sıxıntılarıma rahatlıq verə bilmirsənsə məni niyə yaratdın? Əgər məni cəhənnəmlə qorxudursansa və taleyimi sən yazmısansa mənim günahım nədi? Əgər məni qəm çəkmək üçün bu şərəfsiz yer üzünə gətirmisənsə gərək ki, gətirməyəydin. Əgər Adəm günah işləmişsə mənim günahım nədi? Özün deyirsən ki, hər kəs özünə cavabdehdir bəs o zaman Adəmin günah cəzasını mən nə üçün çəkməliyəm? Dediklərinlə əməllərin uyğun deyil Tanrı.

Xeyr, mən səni ittiham etmirəm. İttiham etməyə cəsarətim də çatmaz Tanrım. Mən sadəcə səninlə bir dost, bir həmdərd kimi söhbət etmək istəyirəm və hətta sən bizə “mən sizə sizin şah damarınızdan da daha yaxınam” demişsən. Və əgər sən mənlə açıq söhbət etməkdən imtina edirsənsə o zaman bunun harası dostluq oldu Tanrım? Tanrım məni yanlış anlama. Əgər sən poeziyanı anlaya bilmirsənsə o zaman necə Tanrı ola bilərsən. Axı sən hər şeyin yaradıcısı " Əlhəmdu lillahi Rəbbil-aləmin " ("Aləmlərin Rəbbisən"). Duyğularımı duya bilməyi bacarmayan biri axı necə Tanrı ola bilər və mən bilirəm ki, sən nəinki duyğularımı hətta trilyonlarla hüceyrələrimin hər birinin özünəməxsus xüsusiyyətlərini bilirsən. Bütün bunları bildiyin halda niyə bilməməzlikdən, niyə görməməzlikdən gəlirsən Tanrım. Tanrım sənin ədalətinə sığınan birinin sığındığı xətrinə onun yazılarına hörmət et, onun yalvarışlarını eşit. Mənim qibləm nə Kəbə, nə Qüdsdür. Mənim qibləm hər yandır, o hər yan ki, hər yanda sən varsan və sənin varlığın bütün hər yerdə bərqərardır. Şərq də, qərb də sənindir. O zaman hər yerdə bərqərar olan Tanrım Qüdsə gedib sənə yalvarmayacağam, nə də Kəbədə "Həcərül Əsvəd"i öpüb səndən imdad diləməyəcəyəm. Çünki, sahib olduğun hər yer sənin nəzarətin altındadır və sahib olduğun hər yerin sadəcə bir yerində səninlə danışan, səninlə hisslərini paylaşan birilərinin səmimi etiraflarını qəbul et, ondan mərhəmətini əskik etmə. Zatən sən mərhəmətlilərin ən mərhəmətlisi deyilsənmi? Sənin mərhəmətinə sığınan birinin göz yaşlarını görməyəcək qədər mərhəmətsiz ola bilməzsən Tanrım. Əgər məni cəhənnəmlə qorxudursansa onsuz da cəhənnəm kimi bir dünyada yaşadığımdan xəbərsizmisən? Və əgər cəhənnəm kimi bir dünyada yaşadığımdan xəbərsizsənsə o zaman sən necə Tanrısan Tanrım?

Tanrım mərhəmətli olduğunu bir daha sübut etməyə ehtiyacım var. Ehtiyaclarımı qarşıla və bir daha sübut et ki, sən mənim ən səmimi, ən yaxın dostumsan.

Doğulduğum gündən öləcəyim günə və yenidən dirildəcəyim günə qədər məni hifz et və pənahında saxla Tanrım Amin!
17.06. 2019 00/55 Habil Yaşar

 

İLGİLİ İÇERİK

HABİL YAŞAR TOPLU ŞİİRLERİ-1

HABİL YAŞAR TOPLU ŞİİRLERİ - 2

KAMAL ve AYNUR POEMASI-HABİL YAŞAR

MELEKLERİN GÖZ YAŞI - HABİL YAŞAR

BİR İNTİHARÇININ MEKTUBU - HABİL YAŞAR

NYU YORKDA LANET-HABİL YAŞAR

YARATICILIK İNTİHARI - HABİL YAŞAR

BİR FİNCAN KOFE- HABİL YAŞAR

DOSTUM TANRI - HABİL YAŞAR